Məhkəmə ekspertləri ilə bağlı yeni qayda qəbul edilir
Məhkəmə eksperti ixtisaslarının və həmin ixtisaslar üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Crossmedia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.(APA)
13:40 24.11.2026
Oxunuş sayı: 33