Sabah bütün sosial ödənişlər yekunlaşacaq
Noyabrın 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Crossmedia.az bu barədə Fonda istinadən xəbər verir.
Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
11:36 24.11.2026
Oxunuş sayı: 66