Bakıda avtobuslar üçün yeni svetoforlar quraşdırılacaq
Bakıda ilk dəfə quraşdırılacaq xüsusi avtobus svetoforlarının iş prinsipi və hərəkət qaydaları ilə bağlı sürücülərə məlumat verilib.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu barədə məlumat yayıb.
Bildirilib ki, paytaxtda tətbiq olunacaq yeni avtobus svetoforları ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.
Bu çərçivədə sürücülərə svetoforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri barədə zəruri məlumatlar təqdim olunur.
Mərkəz tərəfindən hazırlanan fotoməlumatda yeni svetoforların işıq siqnalları və hər bir siqnala uyğun hərəkət qaydaları əks etdirilib.
Avtobus sürücüləri həmin məlumat vasitəsilə yeni svetoforların tətbiqi zamanı riayət edilməli qaydalarla tanış ola bilərlər.
10:14 24.11.2026
Oxunuş sayı: 47