Rusiya Avropanın Ukrayna üzrə sülh danışıqlarına qoşulmasına qarşı çıxıb
Rusiya Avropa ölkələrinin Əbu-Dabidə keçirilən Ukrayna üzrə sülh danışıqlarında iştirakının hazırkı mərhələdə əlavə fayda verəcəyini düşünmür.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Peskov bildirib ki, Avropa ölkələri Əbu-Dabidə danışıqların dördtərəfli formatda keçirilməsində israr edirlər.
Lakin Moskva hələlik avropalı nümayəndələrin bu prosesdə iştirakının hansı əlavə fayda verə biləcəyini görmür.
Kremlin sözçüsü Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Əbu-Dabidə danışıqların davam etdirilməsinin vacibliyini də vurğulayıb.
O, növbəti danışıqlar raundunun tarixinin hələ müəyyənləşdirilmədiyini açıqlayıb.
Qeyd edək ki, noyabrın 10–11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib.
16:20 24.11.2026
Oxunuş sayı: 32