Spotify-də kütləvi giriş problemi yaşanıb
Dünyanın məşhur musiqi platformalarından biri olan “Spotify”da noyabrın 24-də yaranan texniki nasazlıq səbəbindən çoxsaylı istifadəçi hesabına daxil olmaqda çətinlik çəkib.
Crossmedia.az xəbər verir ki, “Spotify” şirkəti bu barədə məlumat yayıb.
Bildirilib ki, çərşənbə axşamı platformada yaranan giriş problemi bir çox istifadəçinin xidmətlərdən normal istifadə etməsinə mane olub.
Şirkət əvvəlcə texniki nasazlığın araşdırıldığını açıqlayıb.
Qısa müddət sonra isə “Spotify” problemin aradan qaldırıldığını və xidmətin fəaliyyətinin bərpa edildiyini bildirib.
Nasazlığın dəqiq səbəbi və neçə istifadəçiyə təsir etdiyi barədə əlavə məlumat verilməyib.
17:26 24.11.2026
Oxunuş sayı: 47