Ceyhun Bayramov: Azərbaycan Ermənistana tranzitə icazə verib
Son zamanlarda Cənubi Qafqazdakı yeni reallıqlar fonunda ötən ildən etibarən Azərbaycan tərəfindən Ermənistana tranzitə icazə verilib.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir deyib ki, ötən ilin sonlarından uzun fasilədən sonra Azərbaycandan yeni addım atılıb, Ermənistana bəzi məhsulların ixracı başlayıb ki, bu da Gürcüstan nəqliyyat sistemi vasitəsilə həyata keçirilib:
"Bu olduqca müsbət töhfədir".(Report)
18:47 24.11.2026
Oxunuş sayı: 33