Müstəqilliyinin ilk illərində Azərbaycana dəstək olan türkiyəli siyasi xadim vəfat edib
Müstəqilliyinin ilk illərində Azərbaycana dəstək olan türkiyəli siyasi xadim vəfat edib
Türkiyənin sabiq xarici işlər naziri, Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Hikmət Çətin vəfat edib.
Türkiyənin sabiq vitse-prezidenti, hazırda TBMM-nin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay mərhum siyasətçinin vəfatı ilə bağlı başsağlığı verib.
Fuad Oktay bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib. O, Hikmət Çətinə Allahdan rəhmət diləyib, ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 1937-ci ildə anadan olan Hikmət Çətin Türkiyənin siyasi tarixində mühüm vəzifələr tutub. O, 1991–1994-cü illərdə ölkənin xarici işlər naziri, 1997–1999-cu illərdə isə TBMM-in sədri olub. Həmçinin CHP-nin ümumi sədri vəzifəsində çalışıb.
Hikmət Çətin Azərbaycanın müstəqilliyinin ilk illərində Türkiyənin xarici işlər naziri kimi ölkəmizlə əlaqələrin inkişafında iştirak edib və sonrakı dövrlərdə də Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsini dəstəkləyib.
TBMM eski Başkanı, Dışişleri eski Bakanı ve CHP eski Genel Başkanı Sayın Hikmet Çetin’e Allah’tan rahmet; ailesi ve yakınlarına başsağlığı diliyorum.
— Fuat Oktay (@fuatoktay) November 24, 2026
19:46 24.11.2026
Oxunuş sayı: 41