Rusiya Odessa limanında yük gəmisinə zərbə endirib
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa vilayətində yerləşən Çernomorsk limanında quru yük gəmisinə zərbə endirildiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, hücuma məruz qalan gəmidən Ukraynaya hərbi yüklərin çatdırılması üçün istifadə olunub.
Rusiya tərəfi gəminin hərbi təyinatlı yüklərin daşınmasında iştirak etdiyini bildirsə də, onun adı, bayrağı və hücum nəticəsində dəymiş ziyanın miqyası barədə əlavə məlumat təqdim edilməyib.
Həmçinin hadisə zamanı ölən və ya yaralananların olub-olmadığı açıqlanmayıb.
Rusiya Müdafiə Nazirliyinin gəminin hərbi yüklərin daşınmasında istifadə edilməsi barədə iddiası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
10:02 25.11.2026
Oxunuş sayı: 39