66 yaşlı kişi bıçaqlanıb — Şübhəli qardaşıdır
Balakəndə 66 yaşlı kişi bıçaq xəsarəti alıb.
Crossmedia.az xəbər verir ki, hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov sinəsindən bıçaq xəsarəti alıb.
Ona xəsarət yetirməkdə qardaşı, 1957-ci il təvəllüdlü Məhəmməd Malahov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
22:23 24.11.2026
Oxunuş sayı: 30