Nvidia rəhbəri ciddi səhvlərə yol verdiyini etiraf edib
ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın baş direktoru Censen Huanq şəxsi həyatında ciddi səhvlərə yol verdiyini etiraf edib, lakin əməkdaşlarına qarşı qəddar davranış ittihamlarını rədd edib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, Huanq şirkət əməkdaşları ilə görüşündə keçmiş davranışlarına görə təəssüfləndiyini bildirib.
“Mən bəzi dəhşətli səhvlər etmişəm. Loriyə xəyanət etmişəm, övladlarımı və əlbəttə, sizin hamınızı incitmişəm”, – deyə o bildirib.
“Nvidia” rəhbəri, həmçinin psixoterapiya aldığını açıqlayıb.
Huanq özünün də hazırlanmasında iştirak etdiyi şirkətin korporativ davranış kodeksinin pozulmasını qəbuledilməz adlandırıb.
Bununla belə, o, tabeliyində çalışan əməkdaşlara qarşı qəddar rəftar etməsi ilə bağlı ittihamları qəbul etməyib.
11:15 25.11.2026
Oxunuş sayı: 34