Gəncədə sərnişin avtobusu piyadanı vurub
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan 6 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü S.İmanovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta ağır olduğu bildirilir.(APA)
11:28 25.11.2026
Oxunuş sayı: 43