Almaniya kanslerindən ciddi xəbərdarlıq
Almaniya kansleri Fridrix Merts ölkənin maliyyə siyasətində dəyişiklik edilməyəcəyi təqdirdə yaxın illərdə federal büdcənin bütün gəlirlərinin sosial xərclərə, borc faizlərinə və müdafiəyə yönəldilə biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Kansler dövlət xərclərinin artmasının Almaniyanın maliyyə imkanlarını getdikcə məhdudlaşdırdığını vurğulayıb.
“Əgər istiqamətimizi dəyişməsək, bir neçə ildən sonra elə vəziyyətə düşəcəyik ki, federal büdcənin bütün gəlirləri sosial sahəyə, faiz ödənişlərinə və müdafiəyə xərclənməli olacaq”, – deyə Merts bildirib.
Onun açıqlaması Almaniyada sosial öhdəliklərin, dövlət borcuna xidmət xərclərinin və hərbi büdcənin artması ilə bağlı müzakirələr fonunda səslənib.
Qeyd edək ki, Almaniya hökuməti müdafiə qabiliyyətini gücləndirmək və təhlükəsizlik sahəsində öhdəliklərini yerinə yetirmək üçün hərbi xərclərin artırılmasını nəzərdə tutur.
Almaniyanın İqtisadi Ekspertlər Şurası da noyabrın 11-də dərc etdiyi hesabatda qarşıdakı illərdə müdafiə xərclərinin və borc faizlərinin artmasının federal büdcəyə əlavə təzyiq göstərəcəyini bildirib.
14:59 25.11.2026
Oxunuş sayı: 43