Lukaşenko Putini müdafiə etdi: Makron müharibəyə başlaya bilməzdimi?
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinin təcavüzkar kimi təqdim edilməsinin düzgün olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belarus lideri Putinin xarakterində aqressivliyin olmadığını iddia edib.
“Putini təcavüzkar kimi təqdim etməməlisiniz. Onun xarakterində aqressivlik yoxdur”, – deyə Lukaşenko bildirib.
O, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə də münasibət bildirib.
“Siz mənə deyəcəksiniz: ‘Nə demək istəyirsiniz? Axı o, müharibəyə başlayıb’. Bəli, o, müharibəyə başlayıb. Bəs Makron müharibəyə başlaya bilməzdimi?” – deyə Belarus Prezidenti sual edib.
Lukaşenko bu fikirləri ilə Fransa Prezidenti Emmanuel Makrona da işarə edərək, müharibəyə başlamaq qərarının yalnız Putinin şəxsiyyəti ilə əlaqələndirilməsinə qarşı çıxıb.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başlayıb.
14:45 25.11.2026
Oxunuş sayı: 47