ABŞ-də silahlı hücumda 9 nəfər ölüb
ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində baş verən silahlı hücum nəticəsində, aralarında uşaqların da olduğu 9 nəfər həyatını itirib. Hücumu törədən şəxsin hadisədən sonra intihar etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs əvvəlcə küçədə atəş açıb, daha sonra evə daxil olaraq orada da atəş açmağa davam edib.
Hadisə nəticəsində uşaqların da olduğu 9 nəfər ölüb. Hücum edən şəxsin isə daha sonra odlu silahla özünü vuraraq həyatına son qoyduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb. Hücumun hansı səbəbdən törədildiyi hələlik açıqlanmayıb.
12:07 11.10.2026
Oxunuş sayı: 63