Şəmkirdə 18 yaşlı gənci qardaşı bıçaqlayıb – YENİLƏNİB
Şəmkirdə əkiz qardaşını bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc saxlanılıb.
Crossmedia.az xəbər verir ki, 2008-ci il təvəllüdlü N.Quliyevi bıçaqlamaqda şübhəli bilinən onun əkiz qardaşı X.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata əsasən, qardaşlar arasında mübahisə bir-birinin otağına icazəsiz daxil olmaq üstündə yaranıb.(Apa)
10:42
Şəmkirdə 18 yaşlı gənc mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.
Crossmedia.az xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hadisə qardaşlar arasında yaranan mübahisə zamanı baş verib.
Faktla bağlı araşdırma aparılır.(Apa)
10:50 11.10.2026
Oxunuş sayı: 61