ABŞ və Rusiya eyni fikirdə - Zelenski hakimiyyətdən gedir?
Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni prezident seçilməsi ilə bağlı çağırışını “tarixi əhəmiyyətli” hesab edib.
Crossmedia.az xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Prezident Tramp Ukraynanın müharibəni qızışdırmağa deyil, sülhə fokuslanan rəhbərliyə ehtiyacı olduğunu düşünən çoxsaylı şəxslərə qoşulur. Zelenski isə müharibəni qızışdırır”, – deyə o yazıb.
13:04 11.10.2026
Oxunuş sayı: 67