Tramp okeanların adını dəyişmək istəyir - “Tramp okeanı”, “Amerikalılar okeanı”
ABŞ Prezidenti Donald Tramp vəzifə müddəti başa çatana qədər Atlantik və ya Sakit okeanın adını dəyişərək onlardan birini “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandırmağı düşündüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Bizim okeana ehtiyacımız var. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişdirməyi düşünürdüm. Onu “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandıracağıq. Buna bənzər bir şey. Mən vəzifədən getməzdən əvvəl bunu etməliyik. Hesab edirəm ki, bizim okeanımız və böyük bir çayımız olmalıdır. Lakin Missisipinin adını dəyişmək niyyətində deyiləm. Mən Missisipini sevirəm”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti, həmçinin Hörmüz boğazının adını “Tramp boğazı” olaraq dəyişdirmək ideyasını yenidən gündəmə gətirib.
13:49 11.10.2026
Oxunuş sayı: 65