İranın su, qida, yanacaq çatışmazlığına heç bir dövlət yardım göstərmir
Şri-Lanka sahilləri yaxınlığında beynəlxalq sularda qalan 19 İran neft tankerinə hələlik yardım göstərməyi planlaşdırmır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Məlumata görə, tankerlər bir neçə aydır çətin vəziyyətdədir. Gəmilərdə ərzaq, su və yanacaq çatışmazlığı yaşandığı bildirilir. Bu vəziyyət ABŞ-nin Hörmüz boğazında dəniz blokadası tətbiq etməsindən sonra yaranıb.
Şri-Lanka rəsmiləri qərarlarını milli maraqların prioritet olması və ABŞ-nin mümkün ikinci dərəcəli sanksiyaları ilə üzləşmək riskini nəzərə almaqla izah edirlər. Bununla belə, Vaşinqtonun Kolomboya bu məsələ ilə bağlı birbaşa xəbərdarlıq göndərmədiyi qeyd olunur.
13:36 11.10.2026
Oxunuş sayı: 55