Premyer Liqada bu gün iki oyun keçiriləcək
Misli Premyer Liqasının VII turuna bu gün keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.
Crossmedia.az xəbər verir ki, günün ilk matçında “Qarabağ” Yevlax şəhər stadionunda “İmişli”nin qonağı olacaq. Görüş saat 16:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında isə Premyer Liqanın debütantı “Şəfa” “Turan Tovuz”la üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək matçın start fiti saat 18:30-da səslənəcək.
Misli Premyer Liqası, I dövrə, VII tur
11 oktyabr
16:00. “İmişli” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Stadion: Yevlax şəhər stadionu.
18:30. “Şəfa” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Stadion: “SOCAR Polymer Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0, “Sumqayıt” isə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Sabah” matçında qalib müəyyənləşməyib və görüş qolsuz bərabərliklə başa çatıb. “Zirə” – “Şamaxı” qarşılaşmasında isə tərəflər hərəyə bir qol vurublar.
10:45 11.10.2026
Oxunuş sayı: 56