Cüdo millimiz dünya çempionatında 1/8 finalda
Azərbaycanın cüdo üzrə qarışıq komanda yığması Bakıda keçirilən dünya çempionatında Avstriya millisini məğlub edərək 1/8 finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın sonuncu günündə 1/16 final mərhələsində Avstriya ilə qarşılaşan Azərbaycan yığması 4:0 hesablı qələbə qazanıb.
Komandamız növbəti mərhələdə Yaponiya millisi ilə üz-üzə gələcək.
Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (hər ikisi 70 kq), eləcə də Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərdən isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (hər ikisi 73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (hər ikisi 90 kq), həmçinin Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.
Dünya çempionatının səkkizinci yarış günündə 18 ölkədən 192 cüdoçu qarışıq komanda yarışında mübarizə aparır.
Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə ilə — 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.
10:16 11.10.2026
Oxunuş sayı: 56