Goranboyda “Mercedes” aşıb, sürücü xəsarət alıb
Goranboy-Tərtər avtomobil yolunda baş verən qəza nəticəsində 24 yaşlı sürücü xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə yolun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində 2002-ci il təvəllüdlü X.Tağıyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(Apa)
11:37 11.10.2026
Oxunuş sayı: 56