Uorren Baffett 20 ildən sonra ilk dəfə Qeyts Fonduna ianəni təxirə salıb
Amerikalı investor Uorren Baffett son 20 ildə ilk dəfə olaraq Bill və Melinda Gates Fonduna ianə köçürməsini təxirə salıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, Baffett bu qərarı Microsoft şirkətinin həmtəsisçisi Bill Qeytsin Ceffri Epşteynlə əlaqələri barədə aparılan araşdırmanın nəticələrini gözləmək üçün verib.
Məlumata əsasən, Baffett adətən ianəni iyunun sonu – iyulun əvvəlində edirdi. Lakin bu dəfə o, qərarın qəbulunu ABŞ-də noyabr ayında qeyd olunan Şükran Günü (Thanksgiving) dövrünə qədər təxirə salıb.
17:10 30.06.2026
Oxunuş sayı: 46