Kreml rəhbəri Azərbaycana minnətdarlığını bildirib
Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
"İrana humanitar yardım göndərməyimizdə bizə kömək etdiyinə görə Prezident Əliyevə çox minnətdarıq. Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi bu mənada çox səmərəli işləyib, bütün xahişlərimizə anında reaksiya verib və bu, həmin istiqamətdəki vəziyyəti yumşaltmaq üçün çox vacibdir", - Putin deyib.
22:39 04.06.2026
Oxunuş sayı: 61