Ermənistandakı seçkilərdə niyə tez-tez Azərbaycanın adı çəkilir?
Ermənistanda keçirilən siyasi debatlar zamanı Azərbaycan və Azərbaycan Prezidenti 104 dəfə xatırlanıb.
Crossmedia.az xəbər verir ki, müşahidəçilərin diqqət çəkdiyi məqamlardan biri debat iştirakçılarının ölkədaxili problemlərdən daha çox Azərbaycanla bağlı məsələlərə fokuslanması olub. Müzakirələrdə əsasən “Azərbaycan nə edəcək?”, “Prezident İlham Əliyev nə dedi?” və “Azərbaycana necə cavab verilməlidir?” kimi mövzular ön plana çıxıb.
Ekspertlərin fikrincə, bu statistika Ermənistanın siyasi gündəmində Azərbaycanın mühüm yer tutduğunu göstərir. Debatlar zamanı Azərbaycanın bu qədər tez-tez gündəmə gətirilməsi regionda siyasi proseslərin və gündəmin formalaşmasında Bakının rolunun etirafı kimi qiymətləndirilir.
Qeyd olunur ki, bir debat ərzində Azərbaycan və onun rəhbərliyinin 104 dəfə xatırlanması Ermənistan siyasi dairələrinin diqqətinin əhəmiyyətli hissəsinin məhz bu mövzuya yönəldiyini nümayiş etdirir.
14:48 04.06.2026
Oxunuş sayı: 54