Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq
TRIPP ("Tramp marşrutu") layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq.
Crossmedia.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi qarşısında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ümumilikdə Dövlət Departamentinin fəaliyyətinin son 16-17 ayı əhəmiyyətli uğurların və davam edən mürəkkəb beynəlxalq çağırışların vəhdəti ilə xarakterizə olunur.
"Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Üstəlik, bu, mənim imzaladığım və hər iki ölkə üçün əhəmiyyətli imkanlar təmin edəcək yeni rifah marşrutunu - TRIPP-i yaradan memorandumla yekunlaşıb", - o bildirib.
21:08 03.06.2026
Oxunuş sayı: 49