31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin üçüncü günü başlayıb
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin üçüncü gününə start verilib.
Crossmedia.az xəbər verir ki, sərginin açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Daha sonra sərgidə müxtəlif mövzularda panel sessiyaları keçirilib.
Bu gün saat 10:00-dan 16:30-a qədər davam edəcək tədbirdə "Bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası: Çağırışlar və həllər", "Azərbaycanda binaların dam örtükləri əsasında paylanmış Günəş fotovoltaik potensialının xəritələşdirilməsi" mövzularında panel müzakirələri təşkil olunacaq.
Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin sonuncu günüdür.
10:03 03.06.2026
Oxunuş sayı: 48