Tramp Alexander Aldenin ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb
ABŞ prezidenti Donald Tramp Alexander Aldenin ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb.
Crossmedia.az xəbər verir ki, Alexander Alden diplomat və beynəlxalq təhlükəsizlik üzrə ekspert kimi tanınır. O, Trampın ilk prezidentliyi dövründə ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb.
Namizədin vəzifəyə başlaması üçün onun təyinatı ABŞ Senatı ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.
11:01 02.06.2026
Oxunuş sayı: 50