Paşinyan Bakı və Ankara ilə əlaqələrdən danışıb
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışır.
Crossmedia.az xəbər verir ki, Paşinyan sosial şəbəkədə canlı yayım zamanı Ermənistanın xarici siyasəti barədə danışıb.
Baş nazirin sözlərinə görə, İrəvan balanslaşdırılmış xarici siyasət kursu çərçivəsində region ölkələri ilə əlaqələrin normallaşdırılmasına önəm verir.
“Bu gün biz Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq. Əminəm ki, bu məqsədə nail olacağıq. Bu isə Ermənistan üçün yeni imkanların yaranmasına və fərqli səviyyəli dövlət modelinin formalaşmasına gətirib çıxaracaq”, – deyə Ermənistan KİV-i Paşinyanın sözlərini sitat gətirib.
12:22 01.06.2026
Oxunuş sayı: 58