Kamil Xasiyev: Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından biridir
"Son illərdə Azərbaycanla Serbiya arasındakı səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edib və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb"
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev 28 May-Müstəqillik Günü münasibətilə Belqradda keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından və etibarlı tərəfdaşlarından biridir:
"Bu münasibətlər güclü siyasi təməl üzərində qurulub. Bu münasibət yenə də Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiçin böyük strateji liderliyi və şəxsi töhfəsi ilə şərtlənir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Belgrada rəsmi səfəri ikitərəfli münasibətlərimiz tarixində mühüm bir mərhələ oldu. İki prezidentin sədrliyi altında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirildi, bu zaman tərəfdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldıran bir sıra mühüm sənədlər imzalandı. Prezident Vuçiçin may ayında Bakıya səmərəli işgüzar səfəri, xüsusilə enerji sektoru üzrə Strateji Tərəfdaşlıq Şurasının qərarlarının icrasının nəticələrini qiymətləndirməyə imkan verdi.
İqtisadi əməkdaşlığımız uğurla inkişaf edir və daha böyük potensial daşıyır. Mədəni əlaqələr möhkəmlənir. Təhsil, idman, gənclik siyasəti, ailə və gender bərabərliyi sahəsindəki siyasət, ətraf mühitin mühafizəsivə bir çox digər sahələrdə əməkdaşlıq sürət qazanır".
20:58 28.05.2026
Oxunuş sayı: 45