Prezidentin köməkçisi Anar Ələkbərovun doğum günüdür
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Anar Ələkbərovun doğum günüdür. Dövlət idarəçiliyi, mədəni və ictimai layihələrin həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malik Anar Ələkbərov Prezident Administrasiyasında, Heydər Əliyev Fondunda fəaliyyət göstərir. Onun fəaliyyəti xüsusilə mədəni-humanitar sahədə həyata keçirilən genişmiqyaslı çalışmalarla yadda qalır.
Anar Ələkbərov ali təhsilini Bakıda Qərb Universitetində alaraq beynəlxalq menecment üzrə bakalavr, daha sonra isə beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsinə yiyələnib. O, 2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru kimi fəaliyyətə başlayıb, daha sonra 2012-ci ildə Heydər Əliyev Mərkəzinin direktoru təyin olunub. 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsinə təyin edilərək dövlət idarəçiliyində fəaliyyətini daha da genişləndirib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan həqiqətlərinin və mədəniyyətinin tanıdılmasında Anar Ələkbərovun xüsusi rolu var. O, Fondun həyata keçirdiyi beynəlxalq layihə və sərgilərdə Azərbaycan tarixinin, milli-mənəvi dəyərlərinin təbliği sahəsində geniş işlər həyata keçirir. Fəaliyyəti dövründə müxtəlif dövlət mükafatları və beynəlxalq ordenlərlə təltif olunan Anar Ələkbərov, eyni zamanda Azərbaycan Avtomobil Federasiyasının prezidenti kimi də idman sahəsinin inkişafına töhfə verib. Bu əlamətdar gündə Anar Ələkbərovu doğum günü münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Ayhan
18:39 13.04.2026
Oxunuş sayı: 64