ABŞ Azərbaycanın yanındadır
ABŞ Dövlət Departamenti martın 5-də İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumunu pisləyib.
Sözügedən qurum tərəfindən yayılan bəyanatda bildirilib ki, bu hücum Azərbaycanın suverenliyinin kobud şəkildə pozan və bölgədə gərginliyi artıran addımdır.
Vaşinqton qeyd edib ki, ABŞ Azərbaycanla tam həmrəylik nümayiş etdirir və regiondakı tərəfdaşlarının ərazisinə qarşı hücumların qəbuledilməz olduğunu vurğulayır.
ABŞ tərəfi həmçinin bu cür hücumların regional sabitlik və təhlükəsizlik üçün ciddi risk yaratdığını bildirib.
Turqut Ansari
21:58 07.03.2026
Oxunuş sayı: 60