Tarixçidən təklif: Türkiyədə Alahverdi Bağırovun adına küçə salınsın
Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətləri yalnız dövlət səviyyəsində deyil, həm də şəhərlər və regionlar arasında əməkdaşlıq vasitəsilə daha da möhkəmləndirilir. Bu baxımdan Qars və Ağdam şəhərlərinin qardaşlaşması təşəbbüsü iki qardaş ölkə arasında humanitar, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Belə əməkdaşlıq həm regionların inkişafına töhfə verir, həm də Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif səviyyələrdə daha da dərinləşməsinə xidmət edir.
Mövzu ilə bağlı tarixçi Zaur Əliyev Crossmedia.az-a açıqlama verib: "Qarabağla Qarsın tarixi kökləri çoxdur. O vaxt həm xanlıqlar dövründə, həm Əfşarlar, dövründə həm də Səfəvilər dövründə müəyyən köçlər olub. İndi də bu qərarın verilməsi yaxşı bir haldır. Bir şərtlə ki, bu nəqliyyat məsələsi quru yolla yox, Zəngəzur dəhlizi vasitəsilə olsun. Yaxşı olardı ki, Ağdamda və yaxud Qarsın özündə qardaşlığı təcəssüm etdirən, ortaya çıxaran abidələr olsun. Məsələn Türkiyənin hansısa qəhramanının xatirəsi Ağdamda əbədiləşdirilsin, eyni zamanda Ağdamın fəxrləri olan Asif Məhərrəmovun, Allahverdi Bağırovun adı Qarsda əbədiləşdirilsin. Hesab edirəm ki, yaxın gələcəkdə Qarsda bir Ağdam küçəsi, yaxud Allahverdi Bağırov adına küçə ola bilər".
Ayhan
15:43 06.03.2026
Oxunuş sayı: 520