Söyüş söymək orucu pozurmu? – Dini baxış və izah
Ramazan ayında oruc tutanların tez-tez soruşduğu suallardan biri budur: “Qeyri-etik söz söyləmək orucu pozurmu?”
İslam alimlərinə görə, belə davranışlar orucu birbaşa pozmur, amma orucun ruhuna zərər verir və savabını azaldır.
Fiqh alimləri bildirirlər ki, günah işləmək orucu qırmaz. Hənəfi, Şafi, Maliki və Hanbeli məzhəblərinə görə, günah işləmək, yalan danışmaq, geybet etmək və qeyri-etik söz söyləmək orucu pozmasa da, orucun əsl məqsədinə uyğun davranış deyil.
Məhəmməd peyğəmbər oruc tutanlara belə tövsiyə etmişdir: Oruclu olduğunuz gün qeyri-etik söz söyləməyin və kimsə ilə mübahisəyə girməyin.
Oruç “qalxan” kimidir; günahlara qarşı qoruyucu qalxan rolunu oynayır. Kimsə sənə söysə, sakitcə “Mən orucam” demək tövsiyə olunur.
Alimlər izah edir ki, Ramazan orucu yalnız aclıq və susuzluq deyil, həm də söz və əməllərdə nəzakət və dürüstlük dövrüdür. Qeyri-etik sözlər, yalan danışmaq və başqalarını aşağılamaq orucun ruhuna xələl gətirir.
Hədislərdə qeyd olunur ki, oruc tutanın ağız qoxusu Allah yanında miskdən daha xoşdur. Bu, orucun yalnız görünən tərəfi ilə kifayətlənmədiyini, həm də mənəvi və daxili hikmətini göstərir.
Beləliklə, Ramazan ayında oruc tutan hər müsəlman yalnız aclıq və susuzluqla kifayətlənməməli, söz və davranışlarına da diqqət göstərməlidir.
Qeyri-etik danışmaq günahdır, amma orucu pozmur; savabını azaldır və orucun kamilliyinə xələl gətirir.
Oruclu günlərdə məqsəd yalnız aclıq çəkmək deyil, həm də söz, davranış və niyyətləri Allah rızasına uyğunlaşdırmaqdır.
Fatimə Məmmədova
10:29 25.02.2026
Oxunuş sayı: 594