Dövlətin əlində olan aktivlərin bir çoxunu özəlləşdirmək lazımdır - TƏKLİF
Bu ilin yanvar ayında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi nəticəsində dövlət büdcəsinə əhəmiyyətli vəsait daxil olub. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, yalnız özəlləşdirmə əməliyyatlarından büdcəyə 26,1 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.
Yanvar ayında keçirilmiş 4 hərrac çərçivəsində 29 nəqliyyat vasitəsi özəlləşdirilib. Eyni zamanda, ay ərzində Dövlət Xidməti 51-i qeyri-yaşayış, 405-i torpaq sahəsi olmaqla 456 yeni icarə müqaviləsi bağlayıb və bunun nəticəsində büdcəyə 1 il əvvələ nisbətən 48% çox – 4,9 milyon manat vəsait daxil olub. Bu göstəricilər dövlət əmlakının səmərəli idarə olunması və büdcə gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı iqtisadçı - ekspert, ReAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu büdcə kəsirinin maliyyələşdirilməsinə xərclənib. Yəni Azərbaycanın iqtisadiyyatının həcmini nəzərə alsaq burda ÜDM, büdcə xərcləri daxildir ki, 41 milyard manat büdcənin xərc hissəsidir. Onda 26.1 milyon heç nəyə təsir edə bilməz. Ümumən biz də böyük özəlləşdirmə proqramlarına ehtiyac var. Dövlətin əlində olan aktivlərin bir çoxunu özəlləşdirmək lazımdır ki, dövlətin xərcləri və məsuliyyətidə azalsın".
Elmir Heydərli
11:56 23.02.2026
Oxunuş sayı: 518