Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək
Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək.
"Crossmedia" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ixraca icazənin əldə olunması məqsədilə qalıq maddələrinə nəzarət planları Britaniyanın səlahiyyətli qurumuna təqdim edilib:
"Britaniya tərəfi planların qiymətləndirməsini artıq yekunlaşdırıb və onların tələblərə tam uyğun olduğunu bildirib. Hazırda sənədlər rəsmi qərarqəbuletmə mərhələsindədir".
11:44 26.01.2026
Oxunuş sayı: 505