Heydər Əliyev Davosda işgüzar görüşlərə qatılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda işgüzar səfərdədir.
Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı rəsmi və biznes dairələrin nümayəndələrilə görüşlər keçirib və ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələr aparıb.
Səfər zamanı, həmçinin dünyaca məhşur liman operatorlarının biri olan "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru olan Sultan Əhməd bin Sulayım və “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə də görüşlər olub.
Görüşlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində ölkə başçısının oğlu Heydər Əliyev də yer alıb.

Görüş zamanı "DP World" şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluqla qeyd olunub. Həmçinin Azərbaycanın mühüm beynəlxalq dəhlizlərin kəsişməsində yerləşdiyi vurğulanaraq əlaqələrin daha da genişləndirilməsi müzakirə olunub.
Eyni zamanda “Vestas Wind Systems” şirkətinin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunulub, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.


15:54 20.01.2026
Oxunuş sayı: 1459