CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Şimal-Cənub

13:00 27.10.2026

Azərbaycan–Hindistan əlaqələri və Şimal-Cənub nəqliyyat dəhlizi

4781

Azərbaycan-Hindistan münasibətləri iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və s. kimi istiqamətləri əhatə edir. İki ölkə arasında diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuş, sonrakı dövrdə iqtisadi və humanitar əlaqələrin inkişafı üçün institu-sional mexanizmlər formalaşdırılmışdır. Bununla yanaşı, münasibətlərin gələcək inkişafı təkcə mövcud əlaqələrin qorunmasından deyil, həm də yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiril-məsindən və regional geosiyasi fərqlərin idarə olunmasından asılıdır. 2026-cı ilin oktyabrında baş tutan yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Hindistanın Baş naziri Narendra Modi arasında keçirilmiş görüş, oktyabrın 23-də isə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparması qarşılıqlı münasibətlərin pers-pektivləri üçün əsas yaradır. Mətbuatdan da aydın olduğu kimi, adı çəkilən görüşlərdə siyasi dialoqun, ticarət-iqtisadi əlaqələrin, investisiyaların, enerji əməkdaşlığının və nəqliyyat bağlantı-larının genişləndirilməsi məsələləri əsas müzakirə obyekti olub.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər