“Şimal-Cənub” layihəsi üzrə Bakı-Moskva əməkdaşlığı davam edir
Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Bakı arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı fikir ayrılığının olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə açıqlama verib.
Rusiya liderinin sözlərinə görə, Moskva “Şimal-Cənub” dəhlizinin həyata keçirilməsi məsələsində Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayır.
Putin qeyd edib ki, marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Bakı layihənin reallaşdırılmasını dəstəkləyir və onu perspektivli hesab edir.
“Burada fikir ayrılığı yoxdur”, - deyə Rusiya Prezidenti vurğulayıb.
22:33 01.10.2026
Oxunuş sayı: 38