Azərbaycan 7 ayda 213 min tondan çox azot gübrəsi ixrac edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 213 min 108,95 ton azot gübrəsi ixrac edilib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin 7 ayında ixrac olunan azot gübrəsinin dəyəri 88 milyon 227,36 min ABŞ dolları təşkil edib.
Öən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 37,1 %, həcmi isə 12 % azalıb.
Azərbaycan məhsullarının ixracında azot gübrəsinin payı 0,46 % təşkil edir. Bu ilin 7 ayının ölkənin qeyri-neft sektoru üzrə ixracında payı isə 1,49 % təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb.
Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
15:41 17.08.2026
Oxunuş sayı: 49