Azərbaycan iki ölkəyə elektrogenerator tədarükünü bərpa edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 403 min ABŞ dolları dəyərində 19 ədəd elektrogenerator ixrac edib.
Crossmedia.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 3,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 198 min ABŞ dolları dəyərində 11 ədəd (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 100 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 37 % çox) 4 ədəd (+2 dəfə), Türkmənistana 96 min ABŞ dolları dəyərində 1 ədəd (1 il əvvəl tədarük olmayıb), Özbəkistana 5,8 min ABŞ dolları dəyərində 1 ədəd (1 il əvvəl tədarük olmayıb), Gürcüstana 1,8 min ABŞ dolları dəyərində 1 ədəd məhsul satıb.
Azərbaycan 1 il 8 aylıq aradan sonra Qazaxıstana (1,2 min ABŞ dolları dəyərində 1 ədəd), 1 il 6 ayın tamamında Gürcüstana tədarükü bərpa edib.
13:38 17.08.2026
Oxunuş sayı: 54