Qəbələyə gedənlərin DİQQƏTİNƏ – Qarafik dəyişir
Ənənəvi mövsümlərarası keçidlə əlaqədar sentyabrın 19-dan etibarən Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik ediləcək.
Bu barədə Crossmedia.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.
Qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almağı tövsiyə edilir.
10:39 17.08.2026
Oxunuş sayı: 46