Maşın ata çırpıldı – sürücü XƏSARƏT ALDI
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax istiqamətində hərəkətdə olan avtomobil qarşısına çıxan atı vurub.
Avtomobilin sürücü E.Əmirov yüngül xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(APA)
09:39 17.08.2026
Oxunuş sayı: 54