Moskva istidən “yanır”: paytaxtda narıncı təhlükə elan edilib
Moskvada güclü isti hava ilə əlaqədar avqustun 1-2-də narıncı təhlükə səviyyəsi qüvvədə olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Rusiyanın Hidrometeorologiya Mərkəzindən bildirilib ki, xəbərdarlıq temperaturun yüksələcəyi ilə bağlı proqnoz əsasında elan edilib.
İsti hava paytaxt regionuna qərbdən gələn antisiklonun təsiri ilə daxil olub. Sinoptiklərin proqnozuna görə, şənbə günü Moskvada havanın temperaturu +30°C-yə, bazar günü isə +31°C-yə qədər yüksələ bilər.
Narıncı təhlükə səviyyəsi Moskva vaxtı ilə bazar günü saat 16:00-dək qüvvədə olacaq.
Sinoptiklər bildirirlər ki, narıncı səviyyə nəqliyyatın, infrastrukturun fəaliyyətinə və insanların sağlamlığına təsir göstərə biləcək təhlükəli hava hadisələrinin başvermə ehtimalının yüksək olduğunu göstərir.
18:35 01.08.2026
Oxunuş sayı: 60