Elşad Xosenin ölüm xəbəri yayıldı
Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb.
Crossmedia.az xəbər verir ki, məsələ ilə bağlı danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
“Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlama verəcək”, - deyə Dado qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Elşadın Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.(Axşam.az)
16:49 01.08.2026
Oxunuş sayı: 56