Rusiya səfiri: Tramp Ukraynaya borc öhdəliklərini xatırladır
Rusiyanın Ukrayna üzrə səfiri Rodion Miroşnik bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı nadir torpaq metallarından istənilən vaxt istifadə edə biləcəklərini deyərkən Kiyevə ABŞ qarşısında borc öhdəliklərinin olduğunu xatırladır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ və Ukrayna arasında nadir torpaq metalları ilə bağlı sazişə əlavə edilən və Ukrayna Ali Radasında oxunmadan təsdiqlənən sənədlərdə Kiyev üçün ağır şərtlər yer alır.
Miroşnik iddia edib ki, həmin şərtlərə əsasən, Ukraynanın ABŞ qarşısında müxtəlif borc öhdəlikləri var və Kiyev bu öhdəlikləri yerinə yetirməlidir.
19:20 01.08.2026
Oxunuş sayı: 55