UEFA FİFA-nın qərarını alqışlayıb
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FİFA-nın öz himayəsi altında keçirilən turnirlərin kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ideyasından imtina etməsini müsbət qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, UEFA bu barədə rəsmi bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, FİFA-nın hazırkı rəhbərliyi təkcə UEFA-nın deyil, futbol ailəsinin bir çox üzvünün də etimadını itirib.
UEFA bildirib ki, yaxın vaxtlarda baş verən hadisələr ətraflı təhlil ediləcək və gələcəkdə oxşar halların təkrarlanmaması üçün müvafiq fəaliyyət planı hazırlanacaq.
17:56 01.08.2026
Oxunuş sayı: 64