İlham Əliyev: "Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydın və proqnozlaşdırıla biləndir"
Qonşularla yaxşı və proqnozlaşdırıla bilən münasibətlər Azərbaycanın tranzit ölkəsi kimi inkişafının şərtlərindən birinə çevrilib.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
"Bizim qonşularımızla və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərimizin olması zəruri idi. Əks halda, açıq dənizə çıxışı olmayan bir ölkə olaraq nə qədər çalışsaq da, uğur qazanmaq qeyri-mümkün olardı", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydındır və daha vacibi isə proqnozlaşdırıla biləndir.
10:18 26.09.2026
Oxunuş sayı: 41