Rusiya MN: Odessa və Nikolayev limanlarında obyektlər vurulub
Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Odessa limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yanacaq-sürtkü materiallarının saxlandığı çənlərin vurulduğu bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Nikolayev limanında isə pilotsuz qayıqların istifadəsi üçün yenidən təchiz edilmiş dəniz yedək gəmisi vurulub.
19:40 01.08.2026
Oxunuş sayı: 56