Tramp: Qrenlandiya prezidentlik müddətim başa çatana qədər ABŞ-nin nəzarətinə keçə bilər
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın prezidentlik müddəti başa çatanadək ABŞ-nin nəzarətinə keçə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Real America" bu barədə məlumat yayıb.
Müsahibə zamanı aparıcının Qrenlandiyanın 2029-cu ilin yanvarına qədər ABŞ-nin nəzarətində ola biləcəyi ilə bağlı fikrinə münasibət bildirən Tramp bu ehtimalı istisna etməyib.
ABŞ prezidenti vurğulayıb ki, Qrenlandiya Vaşinqton üçün strateji əhəmiyyət daşıyır və onun təhlükəsizlik, müdafiə və geosiyasi baxımdan böyük önəmi var.
16:52 01.08.2026
Oxunuş sayı: 43