Finlandiya Rusiya ilə sərhəddə ov keçidlərini bağlayıb
Finlandiya Rusiya ilə sərhəddə yerləşən xüsusi ov keçidlərindən istifadəyə müvəqqəti qadağa tətbiq edib.
Crossmedia.az xəbər verir ki, "Yle" bu barədə ölkənin Sərhəd Mühafizə Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, qərar ölkənin cənubundakı Kymenlaakso vilayətinin Virolahti bölgəsində vəhşi qaban balalarında Afrika donuz taunu (ADT) aşkarlanmasından sonra qəbul edilib.
Bildirilib ki, xəstəliyin Rusiyadan keçməsi ehtimalı nəzərdən keçirilir, lakin bu hələlik təsdiqlənməyib.
Finlandiyanın Qida Agentliyi sərhəd xidmətinə ov keçidlərinin növbəti göstərişədək bağlanmasını tövsiyə edib. Bu məlumatı Cənub-Şərqi Finlandiya sərhəd dairəsinin nümayəndəsi Kimmo Qromoff da təsdiqləyib.
Bundan əlavə, yoluxma ocağı ətrafında ov, meşə təsərrüfatı işləri və itlərin sərbəst gəzdirilməsi qadağan olunub. Həmçinin yoluxmuş heyvanların tapıldığı ərazinin üç kilometrlik zonasında göbələk və giləmeyvə yığılmasına da icazə verilmir.
16:57 01.08.2026
Oxunuş sayı: 56